📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda qardaş qardaşı bıçaqladı

2024-08-03 17:00:01

Sumqayıtda qardaş qardaşı bıçaqladı

Sumqayıtda qardaş qardaşı bıçaqlamaqda şübhəli bilinir.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə 10-cu mikrorayonda qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Sabit Məmməd oğlu İsmayılov aralarında baş vermiş münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Ədalət Məmməd oğlu İsmayılovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.