📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda su olmayacaq

2026-04-20 21:40:58

Sumqayıtda su olmayacaq

Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah səhər saat 09:00-dan axşam saatlarınadək suyun verilişi dayandırılacaq.

"Məhdudiyyət Sumqayıt şəhərinin 9, 10, 34, 40, 45 və 47-ci məhəllələrini, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək. Bundan əlavə, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar) mikrorayonlarda da su təchizatında fasilə yaranacaq", - deyə məlumatda qeyd edilib.