📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə - 19 nəfər xəstəxanalıq oldu

2025-04-21 17:24:38

Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə - 19 nəfər xəstəxanalıq oldu

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

Hurriyyet.az xəbər verir ki, hadisə tekstil fabrikində baş verib.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub, zəhərlənənlər tibb müəssisələrinə hospitalizasiya edilib.

Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb",- deyə əlavə edilib.