📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda toy yasa döndü

2024-10-12 22:30:27

Sumqayıtda toy yasa döndü

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

Hurriyyet.Az Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.