📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda TOYDA FACİƏ - 49 yaşlı kişi rəqs edərkən öldü

2026-01-31 20:13:04

 Sumqayıtda TOYDA FACİƏ - 49 yaşlı kişi rəqs edərkən öldü

Sumqayıtda toy mərasimi zamanı ölüm faktı qeydə alınıb.

Hurriyyet.org Teleqraf-a istinadla xəbər verir ki, hadisə “Alinea” restoranında baş verib.

Toy məclisində iştirak edən 49 yaşlı Baba Məmmədovun rəqs edərkən qəfil halı pisləşib. Ona dərhal kömək göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində vəfat edib.

Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.