Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı qız uşağı ölüb
2024-07-05 21:50:31
Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.
Hurriyyet.az xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.
2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.
Fakt araşdırılır.