📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda xəstəxana YANIR

2022-01-07 20:08:00

Sumqayıtda xəstəxana YANIR

Sumqayıt şəhərində xəstəxana yanır.

Hurriyyet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən xəstəxana binasında (“Bərpa”) yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Əməkdaşımız hadisə yerindədir. Əlavə məlumat veriləcək.