📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda yanğın zamanı zərərçəkənlərin sayı AÇIQLANDI

2022-04-29 10:30:00

Sumqayıtda yanğın zamanı zərərçəkənlərin sayı AÇIQLANDI

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb. 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

O qeyd edib ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır: "Həyatları üçün heç bir təhlükə yoxdur: "Yanğın hadisəsinin ilk baş vermə anından Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub".