📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya

2026-10-06 18:51:00

Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya

Sumqayıtda yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Paylaşıma əsasən qeyd olunub ki, "Şərq bazarı"nın arxasındakı yolda aparılan qazıntı işlərindən sonra ərazi əvvəlki vəziyyətinə gətirilməyib. Bu səbəbdən küçədə hərəkət çətinləşib və yol yararsız hala düşüb.

Sakinlərin sözlərinə görə, problem tikinti materiallarının yerləşdiyi ərazidən əsas küçəyə qədər davam edir. Qazıntıdan sonra yolun asfaltlanması və bərpası ilə bağlı hər hansı iş görülməyib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ərazidə kanalizasiya xəttində yaranan çökmə səbəbindən bərpa işləri aparılıb. Qurumun məlumatına görə, problem artıq aradan qaldırılıb və yaxın günlərdə yolun asfalt örtüyünün yenilənməsi planlaşdırılır./milli.az/