📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda zavodun həyətindəki yanğın söndürüldü

2024-12-21 13:50:36

Sumqayıtda zavodun həyətindəki yanğın söndürüldü

Sumqayıt şəhərində yerləşən zavodlardan birinin həyətində yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

***

Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.