📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə qarşılaşacaq

2024-07-08 12:04:45

"Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstanın "Fehervar" klubunun Sloveniyadakı təlim-məşq toplanışında rəqibləri bəlli olub."Report" Sekeşfehervar təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda iyulun 11-də Serbiyanın "Çukariçki", iki gün sonra yerli "NK Dekani", iyulun 17-də isə Türkiyənin "Göztəpə" kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Sumqayıt"ın bu rəqiblə ilk matçı iyulun 25-də evdə, cavab qarşılaşması iyulun 31-də Macarıstanda baş tutacaq.