Sumqayıtlı məktəbli beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazandı - FOTO
2026-11-02 13:25:25
Sumqayıt şəhərində keçirilən riyaziyyat olimpiadasında 4-cü sinif şagirdi Vəli Əliyev qızıl medal qazanıb.
Hurriyyet.net xəbər verir ki, Olimpiada Türkiyənin Ege Universiteti ilə birgə təşkil olunub. Yarışda uğurla çıxış edən 33 nömrəli məktəbin şagirdi Vəli Əliyev yüksək nəticə göstərərək qızıl medala layiq görülüb.
Gənc məktəblinin bu uğuru təhsil sahəsində növbəti nailiyyətlərdən biri kimi diqqət çəkir.