Sunak Britaniya kralından zəngindir – qaynatası isə milyarderdir
Sərvəti kralın sərvətindən iki dəfə çoxdur
Hurriyyet.az “Lenta.ru” saytında istinadla xəbər verir ki, İngiltərənin “Deyli Meyl” nəşri ölkənin yeni Baş nazirinin Britaniya kralından daha zəngin olduğunu yazıb. Yeni Baş nazir, keçmiş Maliyyə naziri Rişi Sunak ilə onun həyat yoldaşının birgə sərvətinin 730 milyon funt sterlinq həcmində olduğu bildirilir.
Yeni baş nazirin həyat yoldaşı Akşat Murti Hindistan texnoloji nəhəngi “Infosys” şirkətinin qurucusu və keçmiş rəhbəri Narayana Murtinin varisidir. İş adamı 4,5 milyard dollar sərvəti ilə “Forbes”in dünya reytinqində 553-cü yerdədir. Akşat atasının İT imperiyasında 430 milyon funt sterlinq (487 milyon dollar) dəyərində böyük paya sahibdir.
Sunak ailəsinin ümumi sərvəti isə təxminən 730 milyon funt-sterlinqdir (827 milyon dollar).
Böyük Britaniya kralı III Çarlzın sərvəti təxminən 370 milyon funt sterlinq (419 milyon dollar) dəyərində qiymətləndirilir. Bununla da Sunak Böyük Britaniya kralından daha zəngin ilk baş nazir olacaq. Həm də az qala iki dəfə zəngin.
Hürr Tərcüman