📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sunak və Kamala Harris Rusiyanı siyasi və hərbi cəhətdən dəstəkləyən ölkələri qınadılar

2023-02-18 21:29:00

Sunak və Kamala Harris Rusiyanı siyasi və hərbi cəhətdən dəstəkləyən ölkələri qınadılar

Britaniyanın Baş naziri Rişi Sunak bu gün Münhendə ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşüb.

Hurriyyet.Az-ın xəbərinə görə, liderlər Putinin Ukraynada apardığı müharibənin həm ərzaq və enerji təhlükəsizliyinə təsiri, həm də suverenlik kimi beynəlxalq səviyyədə qəbul edilmiş normalara təsirləri baxımından qlobal müharibə olduğunu qeyd ediblər.

Baş nazir və vitse-prezident K.Harris Putini siyasi və hərbi cəhətdən dəstəkləyən ölkələri qınayıb.

Liderlər Ukrayna ilə bağlı beynəlxalq tədbirləri necə sürətləndirməyi, onlara müharibədə qalib gəlməyi, ədalətli və davamlı sülhü təmin etməyə necə kömək edə biləcəklərini müzakirə ediblər. \\Apa