📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Süni ət satışı qanuniləşdirilir

2023-06-22 11:07:00

Süni ət satışı qanuniləşdirilir

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Ştatlarda laboratoriya şəraitində istehsal edilmiş ətin satışına icazə verilib. ABŞ Kənd Təsərrüfatı Nazirliyi “Apsayd Fuudz” və “Qud mit” şirkətlərinə süni ət istehsal eləmək üçün icazə verib.

“DW” nəşrinin verdiyi məlumata görə, bununla da ABŞ Sinqapurdan sonra süni ət istehsalına icazə verilmiş ikinci ölkə olub. “Apsayd Fuudz” rəhbərliyi bunu “gerçəkləşən arzu və yeni eranın başlanğıcı” adlandırıb.

Hər iki şirkət toyuq ətinin yetişdirilməsi ilə məşğuldur. Bu ət canlı hüceyrələrdən götürülmüş nümunələrin yemlənməsi hesabına əldə edilir və polad konteynerlərdə yetişdirilir.

Adı çəkilən şirkətlər süni əti ilk növbədə bahalı restoranlara çatdırmaq niyyətindədirlər. İstehsal həcmi artırıldıqdan sonra süni ət ərzaq mağazalarına da tədarük ediləcək.

Hürr Tərcüman