Süni intellektlə hazırlanan ilk cizgi filmi - VİDEO
2024-03-09 20:31:19
Süni intellektlə hazırlanan ilk cizgi filminin yayımına başlanılıb.
Hurriyyet.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, həmin cizgi film Çin televiziyalarında təqdim edilib.
"Qianqiu Shisong" adlanan animasiya layihəsində 200-dən çox klassik şeirdən istifadə olunub. Orta məktəblərdə göstərilən bu cizgi filmin hər biri 7 dəqiqə davam edir.
Müxtəlif süni intellekt alqoritmlərindən istifadə edilən animasiya 26 epizoddan ibarətdir.