Sünik (Zəngəzur) valisi Qukasyan: “Aİ Qafanın təminatıdır”
2023-08-02 16:44:00
Hurriyyet.az “Aysor.am” saytına istinadla xəbər verir ki, Avropa İttifaqının montorinq missiyasının Zəngəzurdakı ikinci ofisinin Qafan şəhərindəki açılış mərasimində çıxış edən Sünik (Zəngəzur) valisi Robert Qukasyan deyib: “Avropa İttifaqının müşahidə missiyasına minnətdarlığımı bildirirəm. Müşahidə missiyasının olması Qafanda sabitliyə təminat verəcək, bütün sərhəd xətti boyunca böyük təsiri olacaq. Çox ümid edirəm ki, müşahidə missiyası öz işini burada yaşayanların gözlədikləri kimi yerinə yetirəcək. Nəticələr özünü çox gözlətməyəcək”.
Hürr Tərcüman