📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suraxanı RİH: Mehman Hüseynov 2 ay öncə işdən çıxarılıb - YENİLƏNDİ

2024-07-12 15:24:44

Suraxanı RİH: Mehman Hüseynov 2 ay öncə işdən çıxarılıb - YENİLƏNDİ

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlunun vəzifədən azad edilməsinə münasibət bildirib.

RİH-dən daxil olan məlumatda bildirilib ki, M.Hüseynov bir neçə gün öncə deyil, bu ilin may ayının 14-də öz ərizəsi ilə işdən çıxıb.

Yəni qurumun açıqlamasından belə görünür ki, əmri A.Əliyev deyil, əvvəlki icra başçısı Əziz Əzizov imzalayıb. 

Zəruri qeyd: Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. A.Əliyevin təyinatınadək M.Hüseynov rayon icra hakimiyyətinin rəsmi saytında şöbə müdiri kimi göstərilirdi.

***

Suraxanı Rayon İcra Hakimiyyətinin Rayon təsərrüaftı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlu vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Hələlik həmin vəzifəyə təyinat yoxdur.

Qeyd: Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Pravda.az