Suraxanıda yaşayış binasında yanğın olub, 3 nəfər təxliyə edilib
2024-06-16 15:42:32
Hurriyyet.az xəbər verir ki,Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.