📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya hökumət qüvvələri Hasekəyə daxil olub

2026-02-02 17:15:04

Suriya hökumət qüvvələri Hasekəyə daxil olub

Suriyada hökumət qüvvələri SDQ-nin idarə etdiyi Hasekə şəhərinə daxil olub.

APA xəbər verir ki, Hasekedə olan AFP müxbirləri hökumət qüvvələrinə məxsus konvoyun SDQ nəzarətində olan buraxılış məntəqəsindən keçdiyini müşahidə ediblər.

Qeyd edək ki, ötən həftə Suriya hökuməti və SDQ arasında əldə olunan razılaşmaya əsasən, SDQ qüvvələrinin Suriya ordusuna inteqrasiya prosesi təsdiqlənib.