📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya ilə bağlı növbəti Astana sammiti keçiriləcək

2024-01-19 17:34:24

Suriya ilə bağlı növbəti Astana sammiti keçiriləcək

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Suriya ilə bağlı Astana prosesi çərçivəsində sayca 21-ci beynəlxalq sammitin 24-25 yanvar tarixlərində Qazaxıstan paytaxtında keçirilməsi planlaşdırılıb. Bu barədə məlumatı "Kazinform" saytı ölkənin Xarici İşlər Nazirliyinə istinadla verib.
Danışıqlarda Türkiyə, Rusiya, İran, Suriya hökuməti və Suriya müxalifətinin nümayəndə heyətləri iştirak edəcəklər. Müşahidəçi qismində İordaniya, İraq, Livan, BMT, Qırmızı Xaç təmsilçilərinin iştirakı gözlənilir.
Hürr Tərcüman