📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

2026-08-10 13:48:53

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Suriya və Rusiya ölkədəki Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Hurriyyet.Media  xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bir il yarım davam edən intensiv danışıqlardan sonra Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının taleyi rəsmən müəyyənləşib.

Suriya Xarici İşlər Nazirliyi bu razılaşmanın iki ölkə arasındakı münasibətlərdə yeni bir fəsil açacağına ümid etdiyini bildirib.

Əldə olunan razılaşmaya əsasən, sözügedən Rusiya bazaları gələcəkdə birgə hərbi təlim mərkəzlərinə çevriləcək.