Suriya ilə Türkiyə arasında normallaşma
Hurriyyet.az xəbər verir ki, Türkiyə ilə Suriyanın müdafiə nazirləri normallaşma prosesi çərçivəsində görüş keçirə bilərlər.
İki ölkənin müdafiə nazirləri arasında 2011-ci ildən bəri ilk danışıqlar 2022-ci ilin dekabrında Rusiyanın vasitəçiliyi ilə Moskvada baş tutub.
Türkiyənin müdafiə naziri Yaşar Gülər ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində suriyalı həmkarı Əli Mahmud Abbasla görüşün mümkün olduğunu açıqlayıb.
Gülər "Röyter" agentliyinə müsahibəsində deyib: “Uyğun şərait yaradılarsa, Türkiyə ilə Suriya aralarındakı münasibətləri normallaşdırmaq səyləri çərçivəsində nazirlər səviyyəsində görüş keçirə bilər”.
İyunun 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. O, xarici işlər naziri Hakan Fidana normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı tapşırıb. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bir müddət əvvəl bildirib ki, Prezident Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında danışıqların təşkili üzrə iş davam edir və danışıqlar baş tutsa, üçüncü ölkənin ərazisində keçiriləcək.
Hürr Tərcüman