📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya mətbuatı İsrailin raket zərbələri endirdiyini iddia edir

2023-11-17 12:24:39

Suriya mətbuatı İsrailin raket zərbələri endirdiyini iddia edir

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Suriyanın SANA rəsmi informasiya agentliyi ölkənin hərbi mənbələrində istinadla yerli saatla 02.25-də paytaxt Dəməşq şəhəri ətrafındakı bəzi nöqtələrin İsrail qüvvələri tərəfindən hava hücumuna məruz qaldığını iddia edib.

Xəbərdə deyilir: “Ölkəmizin HHM sistemləri İsrailin Golan təpələri tərəfindən atılan raketlərinin bir qismini dəf edib. Hücum nəticəsində dağıntılar olub”.

Dəməşq və ətrafındakı rayonlarda Suriya ordusu, İranın dəstəklədiyi qruplarla yanaşı, Livan “Hizbullah”ının qüvvələri olduğu məlumdur. 2011-ci ildə Suriyada daxili müharibə başlanandan bəri İsrail vaxtaşırı İranın dəstəklədiyi qüvvələri və Suriya ordusu həbçilərinin məntəqələrini hədəfə alır.

Hürr Tərcüman