📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya Müdafiə Nazirliyi ölkədə PKK birləşmələrini tamamilə ləğv etmək niyyətindədir

2024-12-14 16:50:52

Suriya Müdafiə Nazirliyi ölkədə PKK birləşmələrini tamamilə ləğv etmək niyyətindədir

Suriya Müdafiə Nazirliyi ölkənin şərq bölgələrində fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) qruplaşmalarını tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub.

Hurriyyet.az xəbər verir ki, müvafiq bəyanatı Suriyanın müvəqqəti hökumətinin müdafiə naziri Həsən əl-Həmada “X” sosial şəbəkəsində paylaşıb.

“Suriyanın şərq əyalətlərində xalqın PKK terror təşkilatından azad olmaqla bağlı böyük tələbləri var. Bu insanların separatçı layihələrini məhv etməyənə qədər Azad Suriya təhlükəsiz olmayacaq və bu qaçılmazdır”, – bəyanatda deyilir.