📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya ordusu ABŞ-nin Əş-Şaddadi hərbi bazasını nəzarətə götürüb

2026-02-15 14:35:05

Suriya ordusu ABŞ-nin Əş-Şaddadi hərbi bazasını nəzarətə götürüb

Suriya ordusu Həsəkə vilayətində yerləşən ABŞ-nin Əş-Şaddadi hərbi bazasına nəzarəti ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə SANA-ya ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Açıqlamaya görə, əməliyyat Amerika tərəfi ilə razılaşdırıldıqdan sonra həyata keçirilib.

Hərbi baza Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşir. Keçən ilin aprelində ABŞ "Suriya Demokratik Qüvvələri" (SDQ - PKK-nın Suriya qolu) qruplaşmasının nəzarətində olan bazadan hərbçi və döyüş texnikasının tədricən çıxarılmasına başlayıb.