Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvada səfərdədir
2026-01-28 14:52:08
Suriya Prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib.
APA-nın Moskva bürosu xəbər verir ki, Suriya liderinin təyyarəsi "Vnukovo" hava limanına enib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Əhməd əl-Şaraa işgüzar səhər yeməyi və ayrıca görüş çərçivəsində danışıqlar aparacaqlar.
Xatırladaq ki, bu, Əhməd əl-Şaraanın Rusiyaya ikinci səfəridir.