📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya Qurtuluş Cəbhəsi Türkiyə Silahlı Qüvvələri ilə çiyin-çiyinə xidmət edəcək

2021-09-10 14:51:00

Suriya Qurtuluş Cəbhəsi Türkiyə Silahlı Qüvvələri ilə çiyin-çiyinə xidmət edəcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Suriyanın şimalında Suriya Milli Ordusunun 5 hərbi qrupu (Həmzə Diviziyası, Mütəsim Diviziyası, Sultan Süleyman Şah Diviziyası, 20-ci Diviziya və Şimal Şahinləri Diviziyası) “Suriya Qurtuluş Cəbhəsi” adı altında birləşib. Birləşən qruplar Türkiyə Silahlı Qüvvələri ilə yanaşı xidmət edəcək.

Birləşən hərbi qruplaşmalar yeni ad altında terrordan təmizlənən “Fərat qalxanı”, “Zeytun budağı” və “Barış bulağı” bölgələrində çiyin-çiyinə xidmət edəcəklər.

Suriya Qurtuluş Cəbhəsində 20 min nəfərə yaxın Suriya Milli Ordusu əsgəri xidmət edəcək.