📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriya Ukrayna ilə diplomatik əlaqələrini kəsdi

2022-07-20 17:58:00

Suriya Ukrayna ilə diplomatik əlaqələrini kəsdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriyanın Xarici İşlər Naziriliyi Suriyanın Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini bəyan edib. Bu barədə məlumatı Suriyanın SANA informasiya agentliyi verib. Bu addımın qarşılıq prinsipi üzrə atıldığı bəyan edilib.

Xəbər verdiyimiz kimi, iyun ayında Ukrayna Prezidenti Vladimir Zelenski Suriyanın Ukraynanın şərqindəki qondarma Donetsk Xalq Respublikası ilə qondarma Luqansk Xalq Respublikasının müstəqilliyini tanımasından sonra Ukraynanın Suriya ilə diplomatik münasibtləri kəsdiyini bəyan etmişdi. Suriya bu addımı ilə Ukraynanın ərazi bütövlüyünün pozulmasını qəbul eləmiş hesab olunur.

Qeyd edək ki, Suriya RF-dən sonra rusiyapərəst Donestk və Luqansk separatçılarını tanıyan ilk ölkədir.

Hürr Tərcüman