Suriya XİN: “İsrail ölkəmizə hücum etdi”
2021-10-25 17:47:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Suriyanın Xarici İşlər Nazirliyi İsraili ölkənin cənubuna zərbələr endirməkdə ittiham edib. Nazirliyin açıqlamasında deyilir: “İsrail qüvvələri bu gün səhər cənub rayonunda Suriyanın suverenliyinə növbəti təcavüz aktını nümayiş etdiriblər”. Bəyanatda Dəməşqin bu cür addımlara cavab vermək hüququna və imkanlarına malik olduğu qeyd edilir.
Hürr Tərcüman