📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriyada partlayış: 11 hərbçi həlak olub

2026-09-19 20:36:56

Suriyada partlayış: 11 hərbçi həlak olub

Suriyanın Deyr əz-Zor vilayətinin qərbində, Əyyəş bölgəsində Suriya Ərəb Ordusuna məxsus obyektdə baş verən partlayış nəticəsində 11 hərbçi həlak olub.

Modern.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Şənbə günü həlak olan hərbçilərlə vida mərasimi keçirilib. Mərasim Deyr əz-Zor şəhərindəki Milli Xəstəxananın qarşısında baş tutub.

Vida mərasimində hərbi komandanlığın nümayəndələri, həlak olanların yaxınları və silahdaşları iştirak ediblər.

Mərasimdən sonra hərbçilərin cənazələri torpağa tapşırılıb.

Partlayışın səbəbi və hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib.