Suriyada türkmənlərinin lideri: “Türkiyə ilə taleyimiz, strategiyamız, hədəfimiz eynidir”
2022-12-16 18:26:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Suriya Türkmən Məclisinin 6-cı fövqəladə iclası keçirilib.
Suriyada Çobanbəy Ticarət və Sənaye Palatasında keçirilən seçkilərdə bir çox bölgələrdən olan türkmənlər iştirak ediblər. Seçkilərin açılışında Türkiyədən nümayəndələr də iştirak ediblər.
Suriya Türkmən Məclisinin yeni başçısı Mehmet Türkhan olub.
Türkhan çıxışı zamanı deyib: “Bizim vətənimiz Suriyadır. Eyni zamanda Türkiyə də bizim vətənimizdir. Hər iki milli duyğunu böyük fəxr və şərəflə daşıyırıq. Taleyimiz birdir, strategiyamız birdir, hədəfimiz də birdir. Allah dövləti ilə, milləti ilə, ordusu ilə Türkiyə millətindən razı olsun”.
Hürr Tərcüman