Suriyadakı ABŞ bazaları vuruldu
2023-10-24 09:32:32
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Suriyadakı iki hərbi bazası PUA hücumlarına məruz qalıb. Məlumatı “Al Mayadeen” telekanalı yayıb.
Haseke vilayətinində yerləşən “Əl Ömər” və “Əş Şaddadi” adlı ABŞ bazalarına dronlar zərbələr endiriblər.
Hücuma görə məsuliyyəti “İslam müqaviməti” hərəkatına daxil olan silahlı dəstələrin döyüşçüləri öz üzərlərinə götürüblər.
Bu, son həftələrdə ABŞ-ın Yaxın Şərqdəki bazalarına edilən ilk hücumlar deyil. Oktyabrın 17-də ABŞ-ın İraqdakı mövqelərinə 3 dron zərbəsi endirilmişdi. Oktyabrın 20-nə keçən gecə isə ABŞ-ın Suriyadakı bazasına iki dron hücum etmişdi. Həmin vaxt ABŞ Prezidenti C.Bayden çıxışını yarımçıq qoyaraq demişdi: “Getməliyəm. Həll eləməli olduğum problem var”.
Hürr Tərcüman