Suriyadakı terrorçubaşı Moskvanı "sülh göyərçini" kimi Türkiyənin qarşısına çıxarır...
Suriyadakı kürd terrorçularının başçısı Fərhad Mazlum Abdi Şahin açıqlama verib. Açıqlamada deyilir:
“Biz Rusiyadan Türkiyə ilə barışıq üçün vasitəçi olmasını istəyəcəyik. Əgər bu tələb təmin olunmasa, biz dörd illik hazırlıqdan sonra hər bölgədə özümüzü və xalqımızı müdafiə etməyə hazırıq”.
Ümimiyyətlə, PKK-dan sonra Suriyada YPG-nin dəstəkləyici qüvvəsi kimi ABŞ çıxış edirdi. Amma görünür, Türkiyənin Suriyada nailiyyətlərindən sonra Ankara ilə münasibətlərinin açıqdan açıqğa pozulmasından çəkinən Vaşinqton şahmat taxtasında Rusiyanı irəli sürür. Yəqin ABŞ düşünür ki, Türkiyənin başını ağrıtmaqla onun güclənməsini ləngidə bilər. Amma Vaşinqton onsuz da “izqoy” vəziyyətinə düşən Rusiyanın beynəlxalq ictimaiyyətdən çıxdaş edilməsini daha da artırmaq məqsədilə bunu edir. Məlumdur ki, PKK/YPG onu “yaradan”n iradəsinə qarşı çıxmaz. Böyük ehtimalla terrorçubaşı Mazlum Abdi Rusiyaya Türkiyə ilə barışıqda “sülh göyərçini” rolu vermək təklifini ABŞ-ın təşəbbüsü ilə irəli sürüb. Təşəbbüs Rusiyanın terrorun mühafizəsində və qorunmasında rolunu ifşa etməklə qabartmaq, Ankara ilə Moskvanın münasibətini son həddə qədər korlamaq, bununla da Moskvanı Yaxın Şərqdən tam çıxarmaqdır ki, Kreml Ankaranın bir növ istəyi olmasa bu bölgədə varlığını saxlaya bilməz. Üstəlik, Ankara ilə münasibətlərin tam korlanması Moskvanın Cənubi Qafqazdan da tam çıxarılmasına gətirəcək. Görək, Kreml ABŞ-ın siçan tələsinə qoyduğu pendiri yeyəcəkmi?
Ülviyyə, Hurriyyet.az