📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriyanın bir neçə kəndinin sakinləri İsrailə qoşulmaq istəyir

2024-12-13 20:56:46

Suriyanın bir neçə kəndinin sakinləri İsrailə qoşulmaq istəyir

Suriyanın cənubundakı druz kəndinin sakinləri İsrailə qoşulmağın tərəfdarı olduqlarını bildiriblər. 
Demokrat.az bu barədə İsrailin Kan dövlət televiziya və radio şirkətinə istinadən xəbər verir.
Kan tərəfindən yayımlanan videoda iddia edilir ki, Hader kəndinin onlarla sakini İsrailin bir hissəsi olmağın Suriya druzları üçün Suriyada qalmaqdan daha təhlükəsiz olacağını bildirib. 
"Biz şərəfimizi qorumaq üçün İsrailin Qolanına qoşulmaq istəyirik. Bu, bütün ətraf kəndlərə aiddir. Çünki Haderin taleyi bütün bölgəmizin taleyidir", - deyə kənd sakinləri bildirib.

Əfsanə Kamal