📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriyanın "işgəncə kralı"na 60 il həbs cəzası verdilər

2026-09-19 10:33:43

Suriyanın

Bəşər Əsəd dövründə Suriyanın paytaxtı Dəməşqdəki Adra mərkəzi həbsxanasının direktoru vəzifəsində çalışmış 74 yaşlı briqada generalı Samir Osman Şeyx məhbuslara işgəncə verməkdə və keçmişini ABŞ immiqrasiya orqanlarından gizlətməkdə günahkar bilinib.

Hurriyyet.media  xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirliyin məlumatına görə, 2005-ci ildən 2008-ci ilə qədər həbsxanaya rəhbərlik etmiş S.Şeyx siyasi məhbuslara işgəncə verməyi əmr edib və işgəncə prosedurlarında şəxsən iştirak edib. Mart ayında federal münsiflər heyəti onu işgəncə vermək üçün sui-qəsddə, üç işgəncə maddəsində, immiqrasiya və naturalizasiya ərizələrində saxtakarlıq etməkdə günahkar bilib.

Məhkəmədə üç zərərçəkmiş məhbusun "uçan xalça" kimi tanınan işgəncə cihazına necə bağlandığını, tavandan asıldığını, döyüldüyünü və bəzilərinin qeyri-insani işgəncələrə məruz qaldığı "13-cü blok" adlanan yerə göndərildiyini təsvir edib.

Ədliyyə Nazirliyi bildirib ki, general Suriyadan kənarda məhkum edilən Əsəd rejiminin ən yüksək vəzifəli keçmiş üzvü olub. O, 2020-ci ildə ABŞ-yə daxil olub və 2024-cü ilin iyul ayında tutulub.