Suriyanın şimalında hücuma hazırlaşan terrorçular vuruldu
2022-06-06 20:49:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatı bölgələrinə hücuma hazırlaşdıqları müəyyənləşdirilən 11 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatı bölgələrinə hücuma hazırlaşan 11 PKK/YPG terrorçusu qəhrəman komandolarımızın uğurlu əməliyyatı ilə zərərsizləşdirilib. Bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün bütün addımlar atılacaqdır”.
Hürr Tərcüman