📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Suriyanın şimalında İŞİD və PKK terrorçuları yaxalanıb

2022-12-05 10:49:00

Suriyanın şimalında İŞİD və PKK terrorçuları yaxalanıb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Suriyanın şimalındakı Cerablus və Əl-Bab rayonlarında 13 nəfər İŞİD terrorçusu ilə 5 nəfər PKK terrorçusunun ələ keçirildiyi bildirilir. Bu barədə açıqlamanı dünən Türkiyənin Daxili İşlər Nazirliyi verib.

Nazirliyin açıqlamasında ələ keçirilmiş terrorçular arasında İŞİD-in maliyyə əməliyyatlarına görə “məsul şəxs” də var.

Şübhəlilərdən əldəqayırma partlayıcılar, Kalaşnikov avtomatı, tapança və gilizlər müsadirə edilib.

Hürr Tərcüman