📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sürücülərə XƏBƏRDARLIQ: 100 manat cərimə ediləcəksiniz

2026-02-06 15:35:08

Sürücülərə XƏBƏRDARLIQ: 100 manat cərimə ediləcəksiniz

İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, sərnişin daşıma qaydalarına əməl etməyən şəxslər inzibati məsuliyyət daşıyırlar.

Publika.az xəbər verir ki, qanunvericiliyə görə, nəqliyyat vasitəsinin arxa oturacağında maksimum 3 nəfərin oturmasına icazə verilir.

Bu qaydanın pozulması, yəni arxa oturacaqda ən çox 3 nəfərin otura biləcəyi nəqliyyat vasitəsində 4 və ya daha çox sərnişinin daşınması halında sürücü barəsində inzibati tədbirlər görülür.

Belə ki, sürücüyə 100 manat məbləğində cərimə tətbiq edilir və 3 cərimə balı hesablanır.(Milli.Az)