📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sürücülərin nəzərinə: Bu yollarda təmir aparılır

2024-10-12 10:38:33

Sürücülərin nəzərinə: Bu yollarda təmir aparılır

Nəsimi rayonu, Alı Mustafayev küçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metrostansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur”, – məlumatda vurğulanır