📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsindən turistlərə MÜRACİƏT - VİDEO

2024-08-22 21:43:54

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsindən turistlərə MÜRACİƏT - VİDEO

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi şəhəri ziyarət edən turistlərə müraciət ünvanlayıb.

Bu barədə "Hurriyyet.az"a İdarədən məlumat verilib.

Vurğulanıb ki, 28 il sonra işğaldan azad edilən Şuşa şəhərinə turist axını şəhərin çirkləndirilməsinə səbəb olub.

Dövlət Qoruğu bununla əlaqədar maarifləndirici video yayaraq "Şuşaya hər atılan zibil, onun qəlbini incitməyə bənzər! Mədəniyyət paytaxtımızın təmizliyinə riayət edin!" deyə qeyd edib.