📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

2022-03-31 15:02:00

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov tviterdə bildirib.

“Tarixi bir gün: Mədəniyyət incimiz olan Şuşa şəhəri Türk dünyasının 2023-cü il üçün mədəniyyət paytaxtı elan edildi. Gələn il ərzində Şuşanın türk mədəniyyətinin mərkəzi olmasını təntənə ilə qeyd edəcəyik. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm”, - nazir yazıb.