📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşa və Göygölə prokurorlar təyin edildi

2023-12-08 17:45:04

Şuşa və Göygölə prokurorlar təyin edildi

Şuşa rayonuna prokuror təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, N.Əsədov bu təyinatadək Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb. R.Həsənov isə bu təyinatadək Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.