📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşa-Xankəndi yolunda etirazların üçüncü günü - Canlı

2022-12-14 10:41:00

Şuşa-Xankəndi yolunda etirazların üçüncü günü - Canlı

Xəbər verdiyimiz kimi, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Hurriyyet.az xəbər verir ki, sözügedən aksiyanın ikinci günü tamamlanmaqdadır və hazırda da davam edir.

Baku TV-nin hadisə yerindən yaydığı kadrları təqdim edirik: