📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşa-Xankəndi yolundakı rus sülhməramlısı: “Qarabağ Azərbaycanındır!” - Şok video

2022-12-14 16:11:00

Şuşa-Xankəndi yolundakı rus sülhməramlısı: “Qarabağ Azərbaycanındır!” - Şok video

Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi etiraz aksiyası çərçivəsində əraziyə cəlb olunan rus sülhməramlısı ilə azərbaycanlı etirazçı arasında maraqlı dialoq yaşanıb. 

Hurriyyet.az xəbər verir ki, görüntülər “Telegram”ın Azərbaycan seqmentində virala səbəb olub. 

Belə ki, sülhməramlı əsgərlə aksiya iştirakçısı arasında keçən qısa dialoq nəticəsində hərbçi azərbaycanlı etirazçının qulağına rusca “İnşallah, Qarabağ Azərbaycanın olacaq” deyib.

Görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra həmin hərbçinin həyatı ilə bağlı bir sıra sosial şəbəkə istifadəçiləri öz narahatlıqlarını gizlətməyiblər.

Həmin görüntüləri təqdim edirik: