Şuşada 7 yaşayış massivi tikilir
2022-04-23 13:03:00
"Şuşada 7 yaşayış massivi, məscid və digər obyektlərin tikintisi davam edir".
Hurriyyet.az xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Şuşada yeni otellərin də tikintisi nəzərdə tutulur:
"Gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq".