📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşada 8 Mart qeyd edildi - Video

2022-03-08 15:28:00

Şuşada 8 Mart qeyd edildi - Video

Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları bu gün münasibətilə orijinal aksiya təşkil edib.

Axar.az xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Əhmədbəyli-Şuşa reysi ilə gələn sərnişin xanımlar qarşılanaraq, özəl qaydada təbrik ediliblər.

Rəhbərlik adından onlara can sağlığı, uzun ömür, işlərində müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, Şuşaya avtobus reysləri mütəmadi həyata keçirilir. Bugünkü reyslə 11 sərnişin xanım Şuşaya səfər edib.

Axar.az