📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşada çəkilən reklam Faşion TV-də yayımlanır - Video

2022-10-25 21:43:00

Şuşada çəkilən reklam Faşion TV-də yayımlanır - Video

(®) "Mugham" parfümün Şuşada çəkilən video çarxı "Fashion TV"-də göstərilib. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin iştirak etdiyi layihə "Karabakh Bouquet - 1752" ətri haqqındadır. 

Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan "Karabakh Bouquet -1752" ətri haqqındakı çarx Qarabağda lentə alınan ilk reklam işidir. 

"Mugham" parfümün “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da satılır.