📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşada TDT-nin Zirvə görüşü keçiriləcək

2024-07-01 16:35:07

Şuşada TDT-nin Zirvə görüşü keçiriləcək

İyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü  keçiriləcək. Bu barədə təşkilatın saytında məlumat verilib. Görüşdə TDT üzvü olan beş dövlətin hamısının - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın liderlərinin, həmçinin TDT-nin Baş katibinin və müşahidəçilərin iştirakı gözlənilir. Görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq.
Zirvə görüşünün yekununda Qarabağ bəyannaməsinin və bir sıra digər sənədlərin imzalanması gözlənilir.
Hürr Tərcüman