Şuşadakı azan səsi İran parlamentinin "gözmuncuğu" erməni deputatların yuxusuna haram qatdı
İran parlamentinin erməni deputatları Qarabağda azan səsindən şikayətləniblər. Belə ki, İran parlamentinin erməni xristian deputatları rəsmi Bakının “irqçi və qeyri-insani” təmizləmə siyasəti ilə bağlı İran xarici işlər nazirinə məktubla müraciət ediblər.
İran mediasında yayılan xəbərlərə görə, İslam Şurası Məclisinin erməni xristian deputatları Ara Şaverdyan və Robert Beqleryan Azərbaycan Respublikasının “təxribat xarakterli və qeyri-insani” adımları ilə bağlı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ofisinə ifşaedici məktub göndəriblər. Onlar İranın ali rəhbərinin Qarabağ münaqişəsi ilə bağlı çıxışını xatırladaraq və Qarabağ ermənilərinin təhlükəsizliyinin vacibliyini vurğulayaraq, İranın xarici işlər nazirindən üçtərəfli birgə bəyannamə, habelə Konstitusiyanın humanitar prinsipləri və İranın qonşuları ilə bağlı xarici siyasətinin əsas istiqamətləri çərçivəsində böhranın həlli üçün hərəkətə keçməsini istəyiblər.
Məktubda erməni deputatlar ötən həftə Azərbaycan tərəfinin sərhəddə mikrofonla azan səsi, müxtəlif şüarlar səslənirməsini və habelə erməniləri öz evlərini tərk etmək çağırışını onlara qarşı psixoloji təzyiq kimi qiymətləndiriblər.
Qeyd edək ki, işğalçı Ermənistan müsəlman və türk torpağı olan Azərbaycan ərazilərini 30 il boyunca işğalda saxlayıb, Qarabağ və ətraf bölgələrdə yaşayan günahsız Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirib. Bununla yanaşı, buradakı məscidləri, dini məkanları, ziyarətgahları və müsəlman türklərinin qəbirlərini vəhşicəsinə dağıdıb. Son dönəmdə İranın geosiyasi maraqları istiqamətində Azərbaycana məcburi yaxınlaşması müşahidə olunur, lakin bu o demək deyil ki, rəsmi Tehran Bakıya hansısa istiqamətdə nəsə diqtə edə yaxud direktivlər edə bilər. Bu baxımdan İran atdığı addımlara diqqətlə yanaşmalı, regional partnyor kimi yanaşdığını elan etdiyi Azərbaycana qarşı hərəkətlərinin götür-qoy etməli, öz maraqlarını ermənilərə qurban verməməlidir. Necə ki, Rusiya bunu illərlə etdi və hələ də etməkdə davam edir.
Ülviyyə, Huriiyyet.az